Azərbaycan timsalında innovasiyanin iqtisadi inkişafa təsiri. (The Impact of Innovation on Economic Development in Keys of Azerbaijan)
Azerbaijani Abstract: İqtisadiyyatın inkişafı və ölkələrin bu sahədə irəliləyişləri yüzillərdən bəri iqtisadçıların tədqiqərində yer almaqdadır. Bir cəmiyyətin iqtisadi baxımdan güclü olması onun rəqabət gücünə bağlıdır. Rəqabət gücünü artıran ən önəmli vasitə isə innovasiyadır. Çünki innovasiya məhsuldarlığı artırır. Bu səbəblə innovasiya ölkələr üçün iqtisadi inkişafın və rifahının yüksəlişinin açarıdır. Halhazırda innovasiya əsaslı iqtisadiyyat dövrün ən dinamik və gəlirli istiqamətlərindən sayılır. İnnovasiya termin olaraq yeni ideyalarla elm və texnikanı inkişaf etdirib istehsal sahələrinə tətbiq etmək, gəliri artırıb, işsizliyi aradan qaldırmaq və iqtisadi vəziyyəti inkişaf etdirmək deməkdir. İnnovasiyanı fərqli edən xüsusiyyətlər isə onun elmi- texniki naliyyətlərdən geniş istifadə etməsinə, yeni texnologiyanın tətbiqinə, istehsal edilən məhsulun keyfiyyət göstəricilərinin artırılmasına və beləliklə də, iqtisadi artımın əldə edilməsinə yönəldilmiş olmasıdır