RESPUBLİKAMIZDA ƏHALİNİN CARİ MƏŞĞULLUQ SƏVİYYƏSİNİN YAŞAYIŞ SƏVİYYƏSİNƏ TƏSİRİ (The İmpact of Current Level of Employment on Living Standards İn Our Country)
Azerbaijani Abstract: Xülasə: Məqalədə respublikamızda əmək bazarının son on il ərzində vəziyyətinin təhlili, eləcə də əhalinin məşğulluq və işsizlik səviyyəsi, iqtisadi-fəal və qeyri-iqtisadi fəal əhalinin nisbəti, dövlət və özəl müəəssisələrdə çalışan əhali kateqoriyaları təhlil olunmuş və hesablamalar aparılmışdır. Eyni zamanda, məqalədə gənclərin məşğulluq probleminin həlli yolları göstərilmiş və qadınların məşğulluğuna kömək məqsədilə müəyyən təkliflər verilmişdir.Əlavə olaraq qeyd etmək yerinə düşər ki, 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında göstərilmişdir ki, respublikamızda əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi və gələcək meyillərin müəyyən olunması üçün məlumatlara əsaslanan proqnoz sistemi, ekspert rəyləri və hesablamaları əsasında keyfiyyət təhlili, ali, orta ixtisas və peşə təhsili məzunları arasında mütəmadi sorğuların keçirilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi nəticəsində müvafiq səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasında Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılması imkanları nəzərdə tutulmuşdur. Artıq 2 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmışdır. Milli Observatoriyanın fəaliyyət istiqamətlərindən iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin, keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dinamikasına təsir edən sosial-iqtisadi şəraitin təhlili, habelə bu istiqamətdə cari və perspektiv proqnozların hazırlanması daxildir. Milli Observatoriya, həmçinin iqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıq və səriştələrə olan tələbləri müəyyənləşdirə bilər.Eləcə də, qeyd etmək lazımdır ki, əhalinin həyat səviyyəsinin yaxşılaşması üçün məşğulluq səviyyəsinin yüksəldilməsi və bu məqsədlə də yeni iş yerlərinin açılması qarşıya qoyulan məsələlərdəndir
Year of publication: |
[2022]
|
---|---|
Authors: | Mammadova, Aytakin |
Publisher: |
[S.l.] : SSRN |
Saved in:
freely available
Extent: | 1 Online-Ressource (5 p) |
---|---|
Type of publication: | Book / Working Paper |
Language: | Azerbaijani |
Notes: | In: The XVII İnternational Scientific Symposium. Karabakh: Way To Victory, Proceedings book Avgust 28/2021 Göteborg, Sweden İSBN: 978-605-74249-3-8 Nach Informationen von SSRN wurde die ursprüngliche Fassung des Dokuments august 28, 2021 erstellt |
Source: | ECONIS - Online Catalogue of the ZBW |
Persistent link: https://www.econbiz.de/10013296101
Saved in favorites
Similar items by person
-
Mammadova, Aytakin, (2020)
-
Mammadova, Aytakin, (2020)
-
Yoxsulluq meyarı (Критерий бедности) (Poverty Criterion)
Mammadova, Aytakin, (2020)
- More ...